Fevralın 25-də Azərbaycan Turizm və Menecment Universitetində Bakıdakı Misir Mədəniyyət Mərkəzinin fəaliyyətinə dair təqdimat keçirilib. Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydinin çıxış-təqdimatında iki ölkənin turizm əlaqələrindən söz açılıb. Tələbələrin sualını cavablandıran qonaq deyib ki, yaxın günlərdə Azərbaycan Turizm və Menecment Universitetində mərkəzin fəaliyyəti ilə bağlı sərgi təşkil ediləcək.

 Fəxriyyə Abdullayeva