Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycanın Almaniyada turizm nümayəndəliyi olan "Aviareps Tourism GmbH" şirkəti arasında əməkdaşlıq çərçivəsində ölkəmizin turizm potensialını özündə əks etdirən alman dilində yeni "Aserbaidschan" bələdçi kitabı hazırlanıb və 5000 tirajla nəşr olunub. Nazir Əbülfəs Qarayevin salamlama məktubu ilə başlayan bələdçi kitabında Bakı şəhəri, Abşeron, UNESCO-nun siyahısına daxil olmuş mədəniyyət abidələrimiz, Azərbaycanın milli mətbəxi, mədəniyyəti və əhalisi haqqında ətraflı məlumat verilir. Həmçinin ölkəmizdə çimərlik, qış, dağ və müalicə turizmi haqqında məlumatlar və fotolar nəşrdə yerləşdirilib. Kitabda Azərbaycanda olan alman irsinə yer ayrılıb.
"Aserbaidschan" bələdçi kitabı 4-8 mart tarixində Berlində keçiriləcək "İTB 2015" beynəlxalq turizm sərgisində, Almaniyadan olan infoturlar zamanı və digər alman dilli ölkələrdə keçiriləcək beynəlxalq tədbirlərdə istifadə ediləcək.
Fəxriyyə