Martın 18-də Rusiya paytaxtında "MİTT 2015" beynəlxalq turizm sərgisi işə başlayıb. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyeva və Turizm sənayesi ilə iş sektorunun baş məsləhətçisi Bəxtiyar Qılıncov iştirak edir. Sərgidə həmçinin Azərbaycan Konqreslər Bürosu, 14 turizm şirkəti (“SW Travel”, “Millennium Tourism”, “Spektr Travel”, “İmprotex Travel”, “Delta Group”, “Victory Tour”, “The Tour”, “Fun Travel”, “Pasha Travel”, “Geo-Travel”, “Gilan Tourism”, “Bestar”, “Granitas”, “Sport Luxury”), 3 mehmanxana (“Chinar Hotel and Spa Naftalan”, “Rigs Hotel”, “Rixos Quba”) və Azərbaycan Hava Yolları təmsil olunur.
Sərgidə Azərbaycanın turizm potensialını əks etdirən 78 kvadratmetrlik stend qurulub. Stendimiz qonaqlara təqdim edilməsi üçün ingilis və rus dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.
2002-ci ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq doqquzuncu dəfədir ki, "MİTT" beynəlxalq turizm sərgisində iştirak edir.