Aprelin 3-də “AİTF-2015” sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Almaniyada rəsmi turizm nümayəndəliyi olan "Aviareps Tourism GmbH" şirkəti tərəfindən təqdimat və seminar keçiriləcək.
Tədbirdə "Aviareps Tourism GmbH" şirkətinin baş meneceri G.Jurgen Almaniya turizm bazarı haqqında ümumi təqdimatla çıxış edəcək. Seminara 20-dək yerli turizm şirkəti və mehmanxana təmsilçiləri qatılacaq.
Qeyd edək ki, "Aviareps Tourism GmbH" şirkəti Azərbaycanın turizm potensialının Almaniya turizm bazarında təbliğ olunması məqsədilə 2014-cü ilin aprel ayından fəaliyyət göstərir. Şirkət Almaniyada Azərbaycanın turizm nümayəndəliyi funksiyalarını yerinə yetirir.