Aprelin 27-dən 29-dək İspaniyanın San Sebastyan şəhərində Bask Kulinariya Mərkəzi və Dünya Turizm Təşkilatı tərəfindən Qida Turizmi üzrə I Dünya Forumu keçiriləcək. Dünya Turizm Təşkilatının saytında yer alan xəbərə görə, forum müvafiq sektorun peşəkar inkişafına, təcrübə mübadiləsi üçün məkanın yaradılmasına və qabaqcıl təcrübənin üzə çıxarılmasına yönəlib. Tədbirdə ekspertlər tərəfindən qida və turizm arasında bağlılığa dair son tendensiyalar, biliklər, tələbatçı tendensiyalar, idarəetmə və kommunikasiya məsələləri müzakirə olunacaq.