Aprelin 28-30-da Şimalı Kipr Türk Respublikasında İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) turizm üzrə işgüzar toplantısı keçirilib. Ölkəmizi tədbirdə «Skal Bakı» turizm peşəkarları klubu, Azərbaycan Turizm Assosiasiyası, «Millennium Tourism & Congress» şirkəti və «Qafqaz» hotellər şəbəkəsi təmsil edib.
Azərbaycan Turizm Assosiasiyası idarə heyəti sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, tədbirə Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, Qırğızıstan təmsilçiləri qatılıb. Toplantıda ECO-ya üzv ölkələrdə investisiya, turizm potensialı, planlaşdırma, reklam, marketinq strategiyası və s. məsələlər müzakirə edilib, təqdimatlar olub. Müzəffər Ağakərimov, «Skal Bakı»nın vitse-prezidenti Ceyhun Aşurov öz təqdimatlarında Azərbaycanın turizm potensialı və inkişaf perspektivləri haqqında iştirakçılara geniş məlumat veriblər.

Fəxriyyə