Mayın 12-13-də İsrailin Hayfa şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı Avropa Komissiyasının 58-ci iclası və turistlərin xoş təəssüratının artırılmasında mobil texnologiyalardan istifadəyə dair seminar keçiriləcək. İclasda ümumi iş proqramının 2014-2015-ci illər üçün yerinə yetirilmə vəziyyətinə baxılacaq, habelə 2016-2017-ci illərdə nəzərdə tutulan tədbirlər barədə məruzələr dinləniləcək və müzakirələr aparılacaq. Xatırladaq ki, Ümumdünya Turizm Təşkilatı Avropa Komissiyasının 57-ci iclası keçən ilin aprel ayında Bakıda keçirilib.

Fəxriyyə