“Türk Hava Yolları” şirkətinin Bakı-İstanbul aviareysini ucuzlaşdırmasının ardınca “Azərbaycan Hava Yolları” QSC (AZAL) də oxşar addım atıb. Verilən məlumata görə, hazırda AZAL-ın Bakı-İstanbul-Bakı istiqamətində uçuşlarında xüsusi aksiyası keçirilir - iyulun 20-dək ikitərəfli bileti 225 avroya almaq mümkündür. Aviabiletin dəyişdirilməsinə və qaytarılmasına icazə verilmir. Siniflər üzrə mile-ballar hesaba əlavə olunmur. Maksimal qalma müddəti bir aydır. Qiymətə yığımlar və rüsumlar daxildir. 

Fəxriyyə Abdullayeva