Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Elmi Şurasının 2014/2015-ci tədris ilinin yekunlarına dair iclası keçirilib. ATMU -nin mətbuat xidmətindən verilən xəbərdə bildirilir ki, rektor Cəfər Cəfərov tədris ilinin yekunları ilə yanaşı, ölkənin turizm sənayesi, 2023-cü ilə kimi ixtisaslı kadr hazırlığı və əmək bazarı göstəricilərinin müqayisəli təhlili barədə də söz açıb.
ATMU-nun tədris işləri üzrə prorektoru Eldar Aslanov, keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva, institut dekanları və digər müvafiq struktur rəhbərlərinin 2014/2015-ci tədris ilinin yekunları və 2015/2016-cı tədris ilinə hazırlığın vəziyyəti haqqındakı məruzə və çıxışları geniş müzakirəyə səbəb olub.
İclasda həmçinin universitetin doktorant və dissertantlarının fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün tədqiqat mövzularının və elmi rəhbərlərinin təsdiqi Əlaqələndirmə Şurasına tövsiyə edilib.
Fəxriyyə Abdullayeva