Mədəniyyət və Turizm Nazirliyi mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə bu obyektlərin təsnifatını aparır. Nazirlik tərəfindən iyun ayı ərzində Bakı şəhərində və regionlarda fəaliyyət göstərən yeddi mehmanxanaya dərəcə sertifikatları verilib. Bakı şəhəri üzrə - "Qafqaz Baku City Hotel & Residences" mehmanxanası (4 ulduz), "Premier Expo Hotel" (4 ulduz), Lənkəran şəhəri - "Luxe Lankaran Hotel" (4 ulduz), Astara şəhəri - "Şindan" mehmanxanası (4 ulduz), Balakən şəhəri - "Qubek" mehmanxanası (4 ulduz), Şəki - "Küngüt" mehmanxanası (3 ulduz), Zaqatala - "İS Hotel" mehmanxanası (3 ulduz).
Beləliklə, respublika üzrə təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 89 çatıb.