Mədəniyyət və Turizm Nazirliyi qeyri-hökumət təşkilatları (QHT) ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə Quba-Qusar bölgəsinin mədəniyyət və turizm müəssisələrinə infotur təşkil edəcək.
Səfərin təşkilində əsas məqsəd qeyri-hökumət təşkilatlarının nümayəndələrini mədəniyyət və turizm müəssisələri ilə tanış etmək, onlarda milli mədəniyyətimizin inkişafına və təbliğinə xidmət edəcək maarifləndirici və kreativ ideyaların formalaşmasına yardım etməkdir.
İnfotur çərçivəsində Quba şəhərində Səkinəxanım məscidi (XIX əsr), Quba Soyqırımı Memorial Kompleksi və Qırmızı qəsəbəyə, Qusar rayonunda Şahdağ Turizm Kompleksinə ekskursiyalar nəzərdə tutulub.
İştirak etmək istəyən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin 15 iyul 2015-ci il tarixinədək Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunda qeydiyyatdan keçmələri xahiş olunur.
Əlaqələndirici şəxs: Şahin Şahbazov (İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun aparıcı məsləhətçisi)

E-mail: qht.medeniyyet@gmail.com
Tel: (012) 498-79-53