Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə iyulun 20-də Şəkidə ikinci beynəlxalq ənənəvi şirniyyat festivalı keçiriləcək.
Milli Kulinariya Assosiasiyasından verilən məlumata görə, festivalda Azərbaycanın 21 bölgəsi, eləcə də Türkiyə, Yunanıstan, Rumıniya, Moldova, Rusiya, Qazaxıstan, Özbəkistan, Serbiya, Koreya Respublikası və Kipr kulinarları milli şirniyyatlarını təqdim edəcəklər. Şirniyyat festivalı “Şəki Olimpik” hoteldə keçiriləcək.