Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov İspaniya-Azərbaycan Ticarət Assosiasiyasının vitse-prezidenti Mahir Qurbanovla görüşüb. Rektor qonağa ölkələrimiz arasındakı mövcud münasibətlərin faydalı inkişaf tendensiyası, Azərbaycan Turizm və Menecment Universitetinin tarixi, xarici tərəfdaş ali təhsil ocaqları, o cümlədən beynəlxalq təşkilatlarla qurulan əlaqələrin səmərəsi barədə məlumat verib. Tanışlıq görüşü zamanı Azərbaycanda və İspaniyada turizmin müasir vəziyyətinə dair fikir mübadiləsi aparılıb.