Azərbaycan Turizm və Menecment Universitetinin bir qrup tələbəsi və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları ADA Universitetində “İsveçrədə təhsil” mövzusuna həsr edilən tədbirdə iştirak ediblər.
Tədbirə xüsusi qonaq statusunda dəvət olunan İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder və ali təhsil müəssisəsinin əməkdaşları ATMU və İsveçrənin müvafiq təşkilatları arasındakı əməkdaşlığın səmərəliliyi barədə diskussiya aparıblar. Söhbət əsnasında Lüsern Dünya Turizm Forumunun təşəbbüsü ilə 2017-ci ilin 4-5 may tarixində Lüserndə keçiriləcək “Gənc istedadlar” proqramında ATMU tələbələrinin iştirakı məsələsindən də danışılıb.
Tədbirdə İsveçrə haqqında viktorina da keçirilib. ATMU-nun tələbəsi İsa İsmayılov fəal iştirakına görə mükafatlandırılıb.