Balakən Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən yay mövsümünün başlanması ilə əlaqədar əhalinin, gənclərin, rayona gələn qonaqların və turistlərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün Heydər Əliyev adına mədəniyyət və istirahət parkında silsilə tədbirlərə start verilib. İyunun əvvəlindən etibarən müvafiq qrafik əsasında kənd mədəniyyət evləri, klub və kitabxanaların tədbirləri təşkil olunur.
İyunun 5-də Meşəşambul kənd folklor evi və Xalatala folklor klubunun təşkilatçılığı ilə konsertlər keçirilib.