Azərbaycan və Türkiyənin Mədəniyyət və Turizm nazirliklərinin birgə əməkdaşlığı ilə regionlarda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə növbəti təlim kursları Lənkəranda gerçəkləşib.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində cənub bölgəsində çalışan turizm işçiləri üçün təşkil edilmiş təlimlər səkkiz gün davam edib. Türkiyədən gəlmiş mütəxəssislərin apardığı treninqlərin sonunda iştirakçılara sertifikatlar verilib.
Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və ölkəmizdə turizm potensialının genişləndirilməsi bu sahədə çalışanların təcrübəsinin artırılmasını tələb edir. Xarici turist axınının güclənməsi nəzərə alınaraq xüsusilə bölgələrdəki istirahət mərkəzlərində, mehmanxana və hotellərdə xidmət səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması zərurəti yaranır.
Türkiyəli turizm mütəxəssisi Cazi Özdemir treninqlərin həm praktiki, həm də nəzəri şəkildə keçirildiyini bildirib: “Buradakı turizm obyektlərində çalışanlar üçün faydalı olacaq təcrübələrimizi paylaşdıq. Onlar da gələcəkdə bu təlimdə öyrəndiklərini iş zamanı tətbiq edəcəklər. Fikrimcə, yaxşı nəticə əldə olunacaq”.
Qeyd edək ki, treninqlərə Lənkəran, Astara və Lerik rayonlarının turizm istirahət mərkəzlərinin 100 nəfər işçisi qatılıb. Təlimlər dörd sahə - mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadimə işi və masa xidməti ixtisasları üzrə keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar