“Şahdağ” Turizm Mərkəzində “Graffiti festival” adlı tədbir təşkil edilib. Tədbirdə “Urban Art”ın üzvü olan 5 qraffiti rəssamı hündürlüyü təxminən dörd metrə bərabər olan beton lövhə üzərində rəngarəng sprey rəngləyicilər vasitəsilə “Şahdağda qış ekstrimi” mövzusunda rəsm qabiliyyətlərini nümayiş etdiriblər.
İlk dəfə olaraq qraffiti şəhər mühitindən kənara çıxıb, yaradılan rəsmlər yaşıl dağ yamaclarının fonunda daha əsrarəngiz görünüb. İştirakçılar rəsmlərin necə çəkilməsi prosesini müşahidə ediblər. Eyni zamanda, bitboks və rep ustalarının musiqi dolu, velosipedçilərin və skeytborçuların adrenalin dolu ifaları tədbir iştirakçılarına həyəcanlı anlar yaşadıb.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar