Rusiyanın Xarici İşlər Nazirliyi ölkəsinin Türkiyə ilə turizm sahəsində əlaqələri tam həcmdə bərpa etməyə hazır olduğunu bildirib. Bununla yanaşı, XİN Ankaranı rusiyalı turistlərin təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirləri görməyə çağırıb.
Xatırladaq ki, Moskva Türkiyə ilə münasibətlərdə məhdudiyyətləri Rusiyanın hərbi təyyarəsinin vurulmasından sonra tətbiq etmişdi. Ankaradan daxil olan üzrxahlıqdan sonra Prezident Vladimir Putin rusiyalı turistlərin Türkiyəyə səfərlərinə qoyulan məhdudiyyətlərin aradan qaldırmasına və ticarət sahəsində əməkdaşlığın bərpa olunmasına dair göstəriş verib.
Rusiyanın turizm operatorları artıq 10-12 gündən sonra turistlərin Türkiyə kurortlarını tam zəbt edəcəyinə ümidvardır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar