İyulun 13-də Azərbaycan Turizm və Menecment Universitetində Fransanın ölkəmizdəki səfirliyinin əməkdaşlıq, mədəniyyət və təhsil müşavirləri Yohan Şitterer və Baptiste Mignot ilə görüş keçirilib.
ATMU rektorunun səlahiyyətlərini icra edən Eldar Aslanov qonaqlara ali təhsil müəssisəsinin Fransa universitetləri ilə müştərək həyata keçirdikləri layihələrin əhəmiyyəti, mövcud və perspektiv müstəvidə icrası planlaşdırılan işlər haqqında məlumat verib.
Görüşdə universitet tələbələrinin Fransada istehsalat təcrübələrinin təşkili məsələsi və bu ölkənin turizm təşkilatları ilə əməkdaşlıq imkanları da müzakirə olunub.