Xaricə səyahət üzrə dünya birincisi olan ölkənin ən böyük portalında Azərbaycanla bağlı elektron təbliğat kampaniyası aparılır

Mədəniyyət və Turizm Nazirliyi Asiya regionunda Azərbaycan turizminin təbliğatı istiqamətində genişmiqyaslı layihə həyata keçirməkdədir. Bu regionun əsas bazarlarından biri olan Çin Xalq Respublikasında bu işin aparılması mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Çin dünya turizm bazarında xarici ölkələrə səyahət edən turistlərin sayına görə ilk pillələrdə qərarlaşmaqla ən dinamik artan bazarlardandır. Hazırda “Azərbaycan Hava Yolları” və “Çin Cənub Hava Yolları” Bakıdan Pekin, Urumçi və Quançou şəhərlərinə mütəmadi uçuşlar təşkil edir.
Nazirliyin CNN telekanalı ilə əməkdaşlığı çərçivəsində Çinin “CTV Golden Bridge” media agentliyi tərəfindən Azərbaycanın turizm potensialının Çində elektron təbliği aparılmaqdadır. Çinin səyahət məlumatları üzrə aparıcı www.lotour.com portalında 6 ay müddətində ölkəmizin müxtəlif üsullarla təbliği həyata keçiriləcək. 2005-ci ildən etibarən fəaliyyət göstərən və 30 milyon istifadəçisi olan www.lotour.com informasiya portalı 60 min səyahət məkanını təbliğ edir.
Layihə çərçivəsində təbliğat işlərinin bir neçə mərhələdə həyata keçirilməsi nəzərdə tutulub. Bunların sırasında elektron banner kampaniyasının aparılması, ölkəmizə həsr olunan xüsusi səhifənin yaradılması (), mütəmadi olaraq məqalələrin yerləşdirilməsi və sosial mediada təbliğat işlərinin aparılması daxildir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar