Yay mövsümü başlayandan Qax rayonundakı turizm obyektlərində, istirahət məkanlarında Mədəniyyət və Turizm şöbəsi tərəfindən xüsusi mədəni proqramlar həyata keçirilir.
S.Vurğun adına rayon Mədəniyyət mərkəzinin filiallarının özfəaliyyət kollektivlərinin iştirakı ilə “Şəfa” pansionatında, “Uludağ” turizm və istirahət mərkəzində, “Eden” ailəvi istirahət mərkəzində, “İçəribazar” turizm mədəniyyət mərkəzində təşkil olunan konsert proqramları turistlər tərəfindən razılıqla qarşılanır.
Bu günlərdə azsaylı xalqların mədəniyyət ocaqlarının özfəaliyyət kollektivlərinin “Uludağ” turizm və istirahət mərkəzindəki çıxışı da böyük marağa səbəb olub. Qax-İngiloy kənd mədəniyyət evinin “İmedi”, Əlibəyli kənd mədəniyyət evinin “Pesvebi”, Ağyazı kənd mədəniyyət evinin “Samur”, Alatəmir kənd klubunun “Mze” rəqs kollektivləri öz xalqlarının rəqsləri ilə yanaşı dünya xalqlarının klassik və müasir rəqslərini ifa ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar