Britaniyanın “The Telegraph” qəzetində məşhur səyyah, yazıçı Hazel Pluşun Azərbaycanın turizm potensialından bəhs edən geniş məqaləsi dərc olunub.
“Azərbaycan haqqında möhtəşəm faktlar” sərlövhəli məqalədə ölkəmizin milli mətbəx nümunələrindən söz açılır, Azərbaycanın dünyada ilk insan məskənlərindən biri olduğunu qeyd edilir.
Ölkəmizin səfalı guşəsi Qarabağdan bəhs edən müəllif bu ərazinin hazırda münaqişə zonası olmasına baxmayaraq beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanındığını vurğulayır. Diqqətə çatdırılır ki, Qarabağ atları dünyada nadir cinslərdəndir. Azərbaycan çayından bəhs edən Hazel Pluş ölkəmizdə insanların çay içməyi xoşladığını qeyd edir.
Ölkəmizin təbii sərvətləri barədə yazan müəllif məşhur səyyah Marko Polonun əsərlərində Azərbaycandakı “Yanardağ” haqqında məlumat verildiyini bildirir.
Yazıda Azərbaycan mədəniyyətinin, xüsusilə xalçaçılığın, musiqinin, incəsənətin inkişafı ilə bağlı fikirlərə də yer verilib.