27 sentyabr - Azərbaycanda turizm işçilərinin peşə bayramı günü Mingəçevir Turizm Kollecində də təntənə ilə qeyd edilib.
Bu münasibətlə kollec tələbələri arasında rəsm və inşa yazı müsabiqələri keçirilib, divar qəzetlərinin xüsusi buraxılışları hazırlanıb, elmi-nəzəri konfrans təşkil olunub.
Kollecin həyətində keçirilən izdihamlı tədbirdə tədris ocağının direktoru Əyyub Əyyubov turizm işçilərinin peşə bayramı münasibətilə kollektivə ən xoş arzularını çatdırıb. Direktor ölkə başçısının 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı turizmin gələcəyi baxımından yeni yol xəritəsi kimi xarakterizə edib.
Pedaqoqlar Aynurə Abbasova, Sevda Kərimova, Vüqar Baxışov, Elşad Səmədov, İqbal Xudiyev və Əşrəf Əsgərov “Azərbaycan turizminin inkişafında beynəlxalq səviyyəli tədbirlərin rolu”, “Azərbaycanın turizm palitrası”, “Azərbaycanda mehmanxanaların bu günü və gələcəyi”, ”Azərbaycanın modern dövlət quruculuğunda turizmin yeri və rolu”, “Regionların sosial-iqtisadi inkişafında turizmin rolu” və “Azərbaycan poeziyasında turizmə çağırış motivləri” mövzularında məruzələrlə çıxış ediblər.
Turizm günü təntənələri bədii özfəaliyyət kollektivinin bayram proqramı ilə başa çatıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar