Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi dekabrın 22-də ən fəal mədəni-maarif müəssisəsinin və mədəni-maarif işçisinin müəyyən edilməsi məqsədilə keçirilən müsabiqənin yekunları ilə əlaqədar tədbir keçirəcək. Müsabiqənin məqsədi ən fəal mədəni-maarif müəssisəsinin və mədəni-maarif işçisinin müəyyən edilməsi, beynəlxalq, respublika və şəhər miqyaslı müsabiqə və festivallarda yüksək nəticələr əldə etmiş şagirdlərlə professional səviyyəli iş göstərən müəllim, məktəb və bacarıqlı aktyor heyətinin müəyyən edilməsi və qiymətləndirilməsi, gənc nəslin tərbiyəsində kitabxananın rolunun artırılması, əhaliyə mədəni xidmətin daha da yaxşılaşdırılması və mədəni-maarif müəssisələrində çalışan işçilərin əməyinin stimullaşdırılmasıdır.
   Müsabiqədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin mədəni-maarif işçiləri on nominasiya üzrə iştirak edir.
   Qaliblər xüsusi hədiyyələr, mükafatlar, diplomlar və fəxri fərmanlarla təltif olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar