Ölkəmizdə səfərdə olan UNESCO-nun baş direktoru İrina Bokova iyulun 29-da Azərbaycanın UNESCO üzrə milli komissiyasının üzvləri ilə görüşüb.
   
   Görüşü Azərbaycanın UNESCO üzrə milli komissiyasının sədri, xarici işlər naziri Elmar Məmmədyarov açaraq bildirib ki, Azərbaycanla UNESCO arasında sıx əlaqələr mövcuddur. Komissiyanın üzvü, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, 2011-ci ilin aprelində Bakıda mədəniyyətlərarası dialoq üzrə yüksək səviyyəli forum keçiriləcək. UNESCO da bu foruma öz dəstəyini vermək niyyətindədir. Nazir qeyd edib ki, Azərbaycan ilk dəfə tarixində təşkilatın qeyri-maddi irs komitəsinə üzv seçilib ki, bu da ölkəmizlə qurum arasında əməkdaşlığa yeni mərhələ açıb.
   Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, ekologia və təbii sərvətlər naziri Hüseyn Bağırov, gənclər və idman naziri Azad Rəhimov, Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova, Milli Elmlər Akademiyasının vitse-prezidenti Nailə Vəlixanlı, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov təmsil etdikləri qurumların UNESCO ilə əməkdaşlığının müxtəlif istiqamətlərindən danışıblar.
   “Son illər dinamik inkişaf edən Azərbaycan maddi və qeyri-maddi mədəni irsin qorunmasını əsas prioritetlərdən biri elan edib”, - bu fikri isə UNESCO-nun baş katibi İrina Bokova vurğulayıb. O, qurumun ölkəmizin bütün orqanları və bölmələri ilə sıx əməkdaşlığından məmnun olduğunu deyib. Baş direktor rəsmi Bakının mədəni irs nümunələrinin UNESCO-nun siyahısına daxil edilməsi üçün göstərilən səyləri yüksək qiymətləndirib. Onun sözlərinə görə, noyabr ayında Keniyada UNESCO-nun qeyri-maddi irs üzrə komitəsinin iclası keçiriləcək. İclasda Azərbaycan xalçasının qeyri-maddi irs siyahısına salınmasına dair Azərbaycan hökumətinin təklifi də müzakirə olunacaq: “Ümid edirəm ki, Azərbaycan xalçası da bu siyahıya daxil ediləcək. Çünki ekspertlər sizin hökumətinizin təklifinə çox müsbət yanaşırlar”.
    Ölkəmiz ilə rəhbərlik etdiyi təşkilat arasındakı əməkdaşlığı yüksək qiymətləndirən İrina Bokova Azərbaycanın mədəni irsinin təbliğ olunmasında, inkişafında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərindən danışıb. Baş direktor vurğulayıb ki, birgə fəaliyyətin nəticəsində mədəni irsin qorunması istiqamətində mühüm uğurlar əldə olunub. “Azərbaycan UNESCO-da çox fəal mövqe tutur. Təşkilatın elə bir fəaliyyət sahəsi yoxdur ki, Azərbaycan orada aktiv olmasın. Azərbaycan mədəniyyətlərarası dialoqa unikal nümunədir”, - deyə o vurğulayıb.
   Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Eleonora Hüseynova, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva və başqaları iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar