Ankarada Azərbaycan guşəsi təşkil olunub
   
   Ankaranın Keçiörən rayonunda Mərkəzi Asiya, Afrika və Asiyanın müsəlman ölkələrinin iştirak etdiyi “Sərhədləri aşan qardaşlıq” devizi altında təşkil edilən II Beynəlxalq Ramazan festivalının keçirildiyi məkanda Azərbaycan guşəsi açılıb. Avqustun 26-da açılan guşə sentyabrın 2-dək fəaliyyət göstərəcək.
   
   Türkiyə-Azərbaycan Dərnəyinin ölkəmizin Türkiyədəki səfirliyi ilə birlikdə təşkil etdiyi guşədə Ankara sakinlərinə Azərbaycan haqqında ətraflı məlumat verilib, kitablar, broşürlər, CD-lər paylanıb. Qonaqlar Azərbaycanın siyasi, iqtisadi, mədəni sahədə nailiyyətlərindən bəhs edən filmə də tamaşa ediblər. Ankarada yeni yaradılan Türkiyə-Azərbaycan Dərnəyinin ilk böyük tədbiri olan Azərbaycan guşəsinin açılmasını Türkiyənin digər şəhərlərində yaşayan soydaşlarımız da təqdir edərək bu cür tədbirlərin Türkiyənin başqa bölgələrində də keçirilməsinin vacibliyini vurğulayıblar.
   Azərbaycan guşəsinin açılışında cıxış edən Keçiörən bələdiyyəsinin başçısı Mustafa Ak bələdiyyənin ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə tikildiyini nəzərə çatdırıb. Ankarada belə bir abidənin olmasının əhəmiyyətini vurğulayan Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan bildirib ki, Turkiyədə yaşayan azərbaycanlılar Keçiörən bələdiyyəsinin ərazisində ölkəmizlə bağlı yeni parkların açılmasını da gözləyirlər. Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Rəşad Vahabzadə, Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Elnar Məmmədov çıxış edərək iki ölkə arasında qardaşlıq tellərini gündən-günə gücləndiyini vurğulayıblar.
   
   Mehparə 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar