Xəbər verdiyimiz kimi, italiyalı mütəxəssis, Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans (İCOC) Akademik Komitəsinin sədri Alberto Boralevi Mədəniyyət və Turizm Nazirliyinin, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin dəvəti ilə Bakıda səfərdədir.
   Səfər çərçivəsində italiyalı mütəxəssis 2011-ci ilin payızında keçirilməsi nəzərdə tutulan Azərbaycan xalçası üzrə beşinci simpoziumun İCOC-un iştirakı ilə beynəlxalq səviyyədə təşkili, həmçinin tədbir iştirakçıları üçün xalça turunun hazırlanması işində də yaxından iştirak edib. İtaliyalı mütəxəssis, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının layihəsi və tikintisi ilə tanış olub, ölkəmizdəki xalçaçılıq ənənələri haqqında Böyük Britaniyanın nüfuzlu “Hali” jurnalında material dərc etdirəcəyini bildirib.
   Qonaq Azərbaycan xalçası muzeyinin yeni binasının təqdimatının beynəlxalq miqyasda keçirilməsi fikrində olduqlarını xüsusi vurğulayıb.
   Gələn il keçiriləcək simpoziuma hazırlıqdan danışan italiyalı mütəxəssis deyib ki, tədbir çərçivəsində iştirakçılar üçün respublikanın bölgələrinə xalça turları təşkil olunacaq. Həmçinin məşhur muzeylərdə saxlanılan qədim Azərbaycan xalçalarının ölkəmizə gətirilərək nümayiş olunması da nəzərdə tutulub.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar