Noyabrın 22-də Dövlət Film Fondunda görkəmli kinorejissor, operator Rasim Ocaqovun (1933-2006) anadan olmasının 77 illiyi ilə əlaqədar xatirə gecəsi keçirildi. Tədbiri giriş sözü ilə açan Əməkdar incəsənət xadimi, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev görkəmli sənətkarın çəkdiyi filmlərdən danışdı. “Təhminə”, “Həm ziyarət, həm ticarət” filmlərinin yeni nüsxəsinin çap olunduğunu, “Otel otağı” filminin nüsxəsinin isə hazırlandığını qeyd edən Cəmil Quliyev Rasim Ocaqovun filmlərinə böyük tamaşaçı marağı olduğunu vurğuladı.
   Sonra Rasim Ocaqovun xatirəsinə həsr olunmuş videoçarx nümayiş olundu. Tədbirdə sənətkarın yaxın dostları, incəsənət xadimləri - “Azərbaycanfilm” kinostudiyasının direktoru, Xalq artisti Xamis Muradov, əməkdar incəsənət xadimləri, kinooperatorlar Rafiq Qəmbərov, Kənan Məmmədov, Xalq rəssamı Rafiq İsmayılov, Xalq artisti Nuriyyə Əhmədova, Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə, Əməkdar incəsənət xadimi, kinorejissor Ələkbər Muradov, prodüser Nadir Əliyev, aktrisa Gülzar Qurbanova çıxış etdilər.
   Qeyd olundu ki, Rasim Ocaqovun rejissor və operator kimi çəkdiyi “Tütək səsi”, “Qatır Məmməd”, “Ad günü”, “İstintaq”, “Bağlı qapı”, “Park”, “Özgə ömür”, “Ölsəm, bağışla”, “Qətldən yeddi gün sonra”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” kimi 70-dən çox filmi bu gün də sevilir.
   Tədbirin sonunda Rasim Ocaqovun 1977-ci ildə lentə aldığı “Ad günü” filmi tamaşaçılara nümayiş olundu.
   
   Yeganə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar