Dekabrın 1-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında Mübariz İbrahimov və Fərid Əhmədovun xatirəsinə həsr olunmuş “Qəhrəmanlıq zirvəsi” adlı tədbir keçirilib.
   Tədbirin təşkilatçısı, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru, Əməkdar incəsənət xadimi Yeganə Axundova çıxışında xatirə tədbirində iştirak edənlərin kədər hissi ilə yanaşı qürur hissi də keçirdiyini vurğulayıb: “Belə tədbirlərin tez-tez keçirilməsi gənclər arasında vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb olacaq. Əsas məqsəd Mübariz İbrahimov və Fərid Əhmədovun qəhrəmanlığından nəticə çıxaran gənclər tərbiyə etməkdir”.
   Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Təhsil Nazirliyinin, digər dövlət qurumlarının rəsmiləri, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Tədbirdə Murad Adıgözəlov, Aygün Bəylər, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin Kvarteti və digərləri çıxış ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar