Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə cəbhəyanı bölgələrdə yerləşən yaşayış məntəqələrində bayram tədbirləri keçirilir. 
   
   Nazirliyin Regionlarla iş sektorunun məsləhətçisi Elnur Hüseynovun verdiyi məlumata görə, “Qış nağılı” adlı bayram tədbirləri Bərdə, Ağcabədi, Füzuli, Tərtər, Ağdam rayonlarını əhatə edir. Məcburi köçkünlərin respublikanın mədəni həyatında yaxından iştirakının təmin olunması, onlara mədəni xidmətin gücləndirilməsi məqsədilə keçirilən bayram tədbirlərində tanınmış sənətçilər, incəsənət ustaları çıxış edirlər.
   Bu qəbildən ilk tədbir dekabrın 13-də Ağcabədinin Taxtakörpü qəsəbəsində yerləşən qaçqın şəhərciklərində gerçəkləşib. Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov tədbirin keçirilməsini ölkə rəhbərinin məcburi köçkünlərə diqqət və qayğısının təzahürü olduğunu qeyd edərək Mədəniyyət və Turizm Nazirliyinin bu təşəbbüsünü yüksək qiymətləndirib. Respublikanın tanınmış sənət adamlarının iştirakı ilə keçirilən bayram tədbirində səsləndirilən musiqi nömrələri, Şaxta baba və Qar qızın çıxışları tədbir iştirakçılarında xoş ovqat yaradıb. Şənliklərin sonunda isə balaca tamaşaçılara bayram hədiyyələri təqdim olunub.
   Dekabrın 18-dək davam edəcək “Qış nağılı” konsert proqramları Bərdə, Ağdam, Tərtər və Füzuli rayonlarında gerçəkləşəcək.   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar