Şərifzadə adına mədəniyyət mərkəzində xatirə tədbiri
   
   A.M.Şərifzadə adına mədəniyyət mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Əsrin əfsanəyə çevrilmiş lideri” adlı tədbir keçirilib. 
   Mərkəzin direktoru Zivər Əhmədovanın ümummilli liderin həyat və fəaliyyəti haqqında məruzəsi dinlənilib. Natiq Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda vətəndaş müharibəsi təhlükəsinin aradan qalxdığını, torpaqlarımızda gedən qanlı döyüşlərə son qoyulduğunu diqqətə çatdırıb. Tədbirdə mərkəzin poeziya dərnəyinin üzvləri tanınmış şairlərin ulu öndərə həsr olunmuş şeirlərindən ibarət ədəbi-bədii kompozisiya təqdim ediblər. Dahi rəhbərə ithaf edilmiş mahnılar səsləndirilib.