Gəncədki Heydər Əliyev Xatirə Muzeyində şəhər ictimaiyyəti nümayəndələrinin, ziyalıların, din xadimlərinin, yaradıcı insanların, iş adamlarının iştirakı ilə “Gəncə şəhərinin tarixi” kitabının təqdimatı keçirilib. Kitab Azərbaycan tarixinin bir hissəsini təşkil edən Gəncə şəhərinin daş dövründən müasir zamanadək bütün mərhələlərini əhatə edir.
   Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov kitabın əhəmiyyətini vurğulayıb: “Bu kitabı oxumaq və təbliğ etməyə dəyər. Biz həqiqətən vətənpərvər təbəqə formalaşdırmaq istəyiriksə, tariximizi öyrənib təbliğ etməliyik”. Qeyd edək ki, kitabın ərsəyə gəlməsində 30-dan çox alim iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar