Bu günlərdə Londonda beynəlxalq kitab sərgisi keçirilib. Dünyanın 100-dən artıq ölkəsindən 2 minədək nəşriyyatın təmsilçilərinin iştirak etdiyi sərgidə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri tərəfindən Azərbaycan stendi də təqdim olunub. 82 adda 300 nəşr məhsulu nümayiş etdirilən Azərbaycan stendi sərgiyə gələnlərin böyük marağına səbəb olub, tamaşaçılara çoxsaylı çap məhsulları paylanıb. Sərgidə əsasən ölkəmizin iqtisadiyyatı, turizm imkanları, tarixi, mədəniyyəti və Qarabağ münaqişəsi ilə bağlı nəşr məhsulları nümayiş etdirilib.
   * * *
   Aprelin 14-dən 18-dək Budapeştdə keçirilən XVIII Beynəlxalq kitab festivalında isə Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə ölkəmizlə bağlı guşə təşkil edilib. Festivalda dünyanın 50-dən çox ölkəsinin nəşriyyatları iştirak edib. Azərbaycan guşəsində 100-dən artıq nəşr, o cümlədən səfirlik tərəfindən macar dilində nəşr edilmiş 30-a yaxın kitab nümayiş etdirilib. “Macarca-azərbaycanca danışıq kitabçası”, “Gəlin azərbaycanca danışaq” kitabları, “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Oğuz xan” dastanları, habelə Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycanın turizm imkanlarına, mədəniyyətə və milli mətbəximizə dair nəşrlər festival iştirakçılarında maraq doğurub.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar