Mayın 2-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, Azərbaycan və BƏƏ arasında birgə hökumətlərarası komissiyanın həmsədri Sultan Bin Səid Mansouri ilə görüşüb. 
      
   Nazir Ə.Qarayev öncə aprelin 7-9-da Bakıda keçirilmiş Dünya Mədəniyyətlərarası Dialoq Forumunda BƏƏ-nin mədəniyyət və gənclər naziri Əbdul Rəhman Məhəmməd Nasir El Ovaysın iştirakına görə bu ölkənin hökumətinə təşəkkürünü bildirib.
   Sonra Azərbaycan ilə BƏƏ arasında ikitərəfli əməkdaşlığın, siyasi və iqtisadi münasibətlərin hazırki vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, mədəni dialoqun fəallaşmasının, ticari-iqtisadi təmasların artırılmasının zəruriliyi vurğulanıb. Görüşdə xüsusən turizm sahəsinin perspektiv inkişaf istiqamətləri, Azərbaycan haqda info-turların keçirilməsi önə çəkilib.
   BƏƏ-nin iqtisadiyyat naziri turizm sahəsinə investisiyaların qoyulmasının mümkünlüyünü bildirib. Nazir Ə.Qarayev isə öz növbəsində bu yaxınlarda BƏƏ-nin məşhur “Atlantis” şirkəti ilə turizm sahəsində əməkdaşlıq müqaviləsini xatırladaraq bu sahədə ilkin addımların atıldığını qonağın nəzərinə çatdırıb.
   Nazir həmçinin BƏƏ-nin Ticarət Palatasında Azərbaycanın zəngin turizm potensialının təqdimatını keçirmək təklifini irəli sürüb və təklif qarşı tərəfdən böyük məmnunluq hissi ilə qarşılanıb.
   Söhbət əsnasında nazir Ə.Qarayev 2004-2005-ci illərdə hər iki ölkədə keçirilmiş “Mədəniyyət günləri”ni xatırlayıb və bu tədbirlərin ikitərəfli mədəni əlaqələrin daha da inkişaf etdirilməsi işinə mühüm töhfə verdiyini bildirib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar