Mayın 5-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə həvəskar rəssamlar və xalq tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi-seminarın açılış mərasimi keçirildi.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə təşkil olunan tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Vilayət İsmayılov böyük öndərin tarixi xidmətlərindən danışaraq Azərbaycanın bir çox sahələrindəki uğurların ümummilli liderin adı ilə bağlı olduğunu dedi. Direktor son illərdə ölkəmizdə mədəniyyətə göstərilən diqqət və qayğıdan da bəhs etdi.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev ümummilli lider Heydər Əliyevin mədəniyyətin inkişafındakı xidmətlərindən danışdı. “Heydər Əliyev həmişə mədəniyyətin, incəsənətin hamisi olub. Təsadüfi deyil ki, onun Azərbaycana rəhbərliyi dövründə mədəniyyət müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, bir sıra mədəni islahatlar həyata keçirilib”.
Tədbirin mahiyyətinə toxunan Y.Əliyev sərgidə nümayiş olunan əsərlərin seminar çərçivəsində təhlilinin aparılmasının zəruriliyini bildirdi: “Bugünkü tədbirə həm də elmi əsaslarla yanaşılmalıdır. Mədəniyyət və Turizm Nazirliyi həmişə belə tədbirlərin keçirilməsinə dəstək verir. Çünki belə sərgilərdə yaradıcı insanların qabiliyyətləri üzə çıxır, yaradıcı işlərlə bağlı fikir mübadilələri aparılır. İnanıram ki, sərgi-seminar sənətsevərlər üçün səmərəli olacaq”.
Sərgi iştirakçıları adından danışan tətbiqi sənət ustası Sevil Mahmudova tədbirin təşkilatçılarına minnətdarlığını ifadə etdi.
Sonra sərgiyə baxış keçirildi. Sərgidə 50-dən çox müəllifin 130-dək əl işi nümayiş olunur. Sərgi-seminarda rəngkarlıq və qrafika əsərləri, xalça və xalça məmulatları, naqqaşlıq, bədii tikmə və digər tətbiqi sənət nümunələri nümayiş etdirilir. Sərgi-seminara bu gün (6 may) yekun vurulacaq.
Ceyhun