Mayın 6-sı Dövlət Film Fondunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev böyük öndərin, mədəniyyətin digər sahələrində olduğu kimi, kino sənətinə daim diqqət göstərdiyini dedi: “Kinematoqrafçıların yaradıcılığının reallaşmasında, ümumən milli kinomuzun inkişafında kino işçilərinin ən böyük təəssübkeşi və hamisi ümummilli lider Heydər Əliyev olmuşdur. “Azərbaycanfilm”də çəkilən bəzi filmlərin sovet ideologiyasının tələblərinə tam cavab vermədiyi üçün ekrana buraxılmamaq təhlükəsi yaranarkən kino işçilərinin köməyinə yenə də ulu öndər gəlirdi və hər dəfə də bu problemi həll edirdi. “Bir cənub şəhərində” və “İstintaq” bədii filmlərini buna misal göstərə bilərik”.
   Sonra Xalq artisti, “Azərbaycanfilm” kinostudiyasının direktoru Xamis Muradov, Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə çıxış edərək ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşdülər.
   Qeyd olundu ki, Heydər Əliyevin sovet dövründə respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan kinosu mühüm inkişaf yolu keçib. Müstəqillik dövründə 2 avqust - “Milli kino günü”nün təsis olunması (18 dekabr 2000-ci il tarixli prezident sərəncamı) da Heydər Əliyevin tarixi xidmətidir.
   Tədbirin sonunda rejissor Eldar Quliyev və İqbal Məmmədəliyevin “Heydər Əliyev. Azərbaycan mədəniyyətinin hamisi” sənədli filmi təqdim olundu.
   Fondun foyesində isə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş olundu.   

  Yeganə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar