Mayın 9-da Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın rayon İcra Hakimiyyətinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Böyük öndərin büstünün açılışı ilə başlayan tədbirdə Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov və digər çıxış edənlər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi naminə tarixi xidmətlərindən danışıblar.
Laçın rayon Mədəniyyət və Turizm Şöbəsinin rayonun Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsi ilə birlikdə keçirdiyi ”Yolumuz Heydər yoludur, Bu yol Vətənə doğrudur“ adlı müsabiqənin qaliblərinə diplom və fəxri fərmanlar təqdim edilib.
Bədii hissə respublikanın tanınmış sənət adamlarının maraqlı çıxışları ilə yadda qalıb. Xalq artisti Arif Quliyev, Əməkdar artist Ramiz Məmmədov yumoristik səhnələrlə, məşhur aşıqlar Ədalət Nəsibov, Ədalət Dəlidağlı, Dövlət Filarmoniyasının solistləri Əməkdar artist Səbuhi İbayev, Almas Orucova, müğənnilər Nurlan Əzizbəyli, Fədayə Laçın, Şahnaz Cöktürk, tanınmış gitara ustası Rəmiş rəngarəng ifaları ilə əsl bayram əhval-ruhiyyəsi yaradıblar.
Tədbirdə Laçın rayon Mədəniyyət işçilərinin ifaları da rəğbətlə qarşılanıb.