Toplantıda Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iştirak edir
Mayın 26-da Ukraynanın Yalta şəhərində Kiyev Təşəbbüsü Regional Proqramının iştirakçısı olan ölkələrin Mədəniyyət Nazirlərinin konfransı başlayıb.
Ukraynanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilən tədbirdə Azərbaycandan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.
Konfransda Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə departamentinin direktoru Robert Palmer, qurumun mədəniyyət siyasəti, müxtəliflik və dialoq bölməsinin müdiri xanım Katrin Merkle, Avropa İttifaqının Ukraynadakı nümayəndəliyinin birinci katibi Holger Rommen, ekspertlər, PP2 layihəsinin koordinatorları və Kiyev Təşəbbüsü Regional Proqramı üzrə mütəxəssislər iştirak edir.
Konfransda “Kiyev Təşəbbüsü: inkişaf etməkdə olan mədəniyyətlərarası dialoq, mədəniyyət siyasəti və vətəndaş cəmiyyəti arasında sinerji - təcrübələr, problemlər və gələcək perspektivlər”, “Kiyev təşəbbüsü: regionlar üzrə mədəniyyət siyasəti: son zamanlar ərzində baş verən dəyişikliklər və çətinliklər”, “Kiyev Təşəbbüsü: 2-ci Pilot Layihə (PP2): Tarixi şəhərlərdə mədəni irsin bərpa edilməsi” və “Qara Dəniz və Cənubi Qafqaz regionu Mədəniyyət Nazirlərinin Şurası konsepsiyası” kimi sənədlər müzakirə olunacaq.
Konfrans bu gün yekunlaşacaq. Tədbirin yekunu olaraq Yalta bəyannaməsinin təqdimatı və imzalanması nəzərdə tutulub.