Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında 28 May - Respublika Günü münasibətilə Naxçıvan Dövlət Filarmoniyası Kamera Orkestrinin konserti olub.
Konsertdə Azərbaycanın Əməkdar artisti Vilayət İsmayılovun, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Tural Nəcəfovun, Mübariz Əsgərovun, Gülyanaq Fərzəliyevanın, Azər Cəfərlinin, müğənnilərdən Zülfüqar Mahmudovun, Qəribə Qürbətlinin, Əli Davudinin ifa etdikləri mahnılar, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının çıxışları, Xalq artisti Həsən Ağasoyun bədii qiraət etdiyi “Azərbaycanım mənim” şeiri alqışlarla qarşılanıb.
Konsertdən sonra səhnə arxasına keçən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov musiqi kollektivini 28 May - Respublika Günü münasibətilə və uğurlu konsertə görə təbrik edib. Qeyd olunub ki, bu gün mədəniyyətin inkişafına dövlət qayğısı, ölkəmizin hər yerində olduğu kimi, Naxçıvanda da özünü bariz şəkildə göstərir. Bu diqqət və qayğı sayəsində muxtar respublikadakı musiqi kollektivləri də inkişaf edərək bugünkü səviyyəyə gəlib çatıb.