Mayın 25-26-da İtaliyanın Turin şəhərində Şərq İncəsənəti Muzeyində “Darbar” adlı mühazirə və konsert proqramı təşkil olunub.
Ölkəmizin zəngin mədəniyyət nümunələrinin Avropada təbliğinin genişləndirilməsi məqsədilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən tədbirdə sənətşünas Sənubər Bağırova, xanəndə Qoçaq Əsgərov və onun “Turan” ansamblı iştirak edib.
Tədbirin birinci günündə Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, sənətşünaslıq namizədi, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti S.Bağırova Azərbaycanın zəngin mədəni irsi, tarixi, musiqisi haqda geniş mühazirə ilə çıxış edib. Mühazirə zamanı Əqdəs Bağırzadənin Bakının 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərindəki simasını əhatə edən orijinal foto illüstrasiyalarından, İçərişəhərin və İslam arxitekturasının nümunələrindən ibarət slayd-şoular göstərilib.
Mayın 26-da təşkil olunan konsert proqramında isə Qoçaq Əsgərovun ifalarından ibarət “Muğam - Azərbaycanın müqəddəs musiqisi” adlı diskin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimindən sonra isə xanəndə Qoçaq Əsgərov və “Turan” ansamblı geniş proqramla çıxış edib. Azərbaycan incəsənət ustalarının ifası dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
İtaliyaya səfər çərçivəsində incəsənət xadimləri həmçinin 28 May - Respublika Günü münasibətilə Milan şəhərində Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə də iştirak ediblər.
Xatırladaq ki, Azərbaycan ilk dəfədir ki, İtaliyanın Turin şəhərində keçirilən bu konsert proqramında iştirak edirdi. Hər il keçirilən bu tədbirlərdə Şərq dünyasından olan ölkələrdən, xüsusilə Türkiyədən, Pakistandan, Hindistandan, Yaponiyadan və s. olan incəsənət ustaları konsert proqramı ilə çıxış edirlər.