Beynəlxalq simpozium keçiriləcək
   
   İyul ayında Naxçıvan şəhərində “Naxçıvan ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpozium keçiriləcək. AMEA Naxçıvan Bölməsindən verilən xəbərə görə, simpoziumun keçirilməsində məqsəd ilk yaşayış yeri və ilk şəhərsalma mədəniyyətinin yaradıldığı bölgə kimi Naxçıvan tarixinin sistemli şəkildə öyrənilməsi, tarixi faktların dünyanın elmi ictimaiyyətinə çatdırılmasıdır.
   Hazırda simpoziuma hazırlıqla bağlı tədbirlər planı hazırlanır. Beynəlxalq tədbirdə dünyanın 10-dan artıq ölkəsindən elm adamlarının iştirakı gözlənilir.
   Simpoziumda Duzdağ ərazisində e.ə VI-V minilliklərdə emal mədəniyyətinin olması, muxtar respublikanın qədim tarixi ərazilərində ilk şəhərsalma mədəniyyətinə dair tarixi faktlarla bağlı elmi müzakirələr aparılacaq, tarixi həqiqətlər vasitəsilə dünya ictimaiyyətinə çatdırılacaq.
   
   Ceyhun