Cəbrayıl rayon Mədəniyyət və Turizm şöbəsinin musiqiçiləri və MKS işçilərinin bir qrupu Murov dağı döyüş bölgəsində yerləşən 2 hərbi hissədə olub, döyüşçülər qarşısında konsert proqramı ilə çıxış ediblər.
   
   Görüşdə Cəbrayıl Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri K.Quliyev, hərbi hissələrin rəhbərləri çıxış edərək Silahlı qüvvələr gününün tarixindən, ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində müstəsna rolundan, döyüş bölgəsində sərhədçilərin vəzifələrindən danışıblar. Bütün çıxışlarda Ali Baş Komandan, ölkə prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə doğma torpaqlarımızın azad olunacağı günün uzaq olmadığı fikri ifadə olunub.
   Əsgər və zabitlər müğənni Sədaqət Ağayevin və Allahverdi Məmmədovun çıxışlarını alqışlarla qarşılayıb, özləri müxtəlif musiqi alətlərində ifalar edərək mahnılar oxuyublar.
   Ansamblın üzvlərindən Vahid Məstəliyevin, gitara ustası Fərman Rzayevin, nağaraçalan Tofiq Bayramovun, sintezatorda Süleyman Baxşəliyevin solo ifaları da maraqla qarşılanıb.
   Rayon Mədəniyyət və Turizm şöbəsinin kollektivi bundan sonra da hamiliyə götürdükləri hərbi hissələrdə maraqlı proqramlarla çıxış etməyi planlaşdırır.
   
   Vasif Quliyev,
   Cəbrayıl rayon MKS-nin direktoru