Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin bölgələrdə keçirdiyi səyyar yay kurslarının daha bir mərhələsinə yekun vurulub. Mərkəzin direktoru Ramazan Şabanovun verdiyi məlumata görə, kursların Qazax rayonunda təşkil olunan mərhələsi iyulun 26-dan avqustun 4-dək davam edib.
   Kurslarda şimal-qərb bölgələrindən Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından 83 ümumi orta və qeyri-ixtisas təhsilli kitabxana və klub müəssisələri işçisi iştirak edib.
   Səyyar yay kurslarının sonuncu mərhələsi Ağdaş rayonunda baş tutacaq. Ucar, Ağdaş, Zərdab, Göyçay və Kürdəmir rayonlarından mədəniyyət müəssisəsi işçilərinin iştirak edəcəyi kurslara avqustun 18-də yekun vurulacaq.   

  Ceyhun