Türkdilli dövlətlərin müstəqilliyinin 20-ci ildönümü münasibətilə konsert də keçirilib
   
   Ankaranın Keçiörən rayonunda keçirilən III Beynəlxalq Ramazan festivalı çərçivəsində türkdilli dövlətlərin müstəqilliyinin 20-ci ildönümü münasibətilə konsert təşkil olunub.
   Tədbirdə TÜRKSOY-un Kamera Orkestri maraqlı proqramla çıxış edib. Keçən il yaradılmış və Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan, habelə Koreya Respublikasından olan gənc ifaçıların yer aldığı orkestrin konsertində Bakı Musiqi Akademiyasının tələbələri Mustafa Mehmandarov (skripka), Elvin Nəcəfov (alt) və Narim Musayev (skripka) də iştirak ediblər.
   Qazaxıstanlı dirijor Ənvər Əkbərovun idarə etdiyi orkestrin konsertində dünya və türk dünyası klassiklərinin əsərləri səslənib.
   Konsertdən əvvəl Ankaranın Keçiörən rayonunda türkdilli ölkələrin mədəni irs nümunələrinin nümayiş etdirildiyi “TÜRKSOY Evi”nin açılışı olub. Mərasimdə TÜRKSOY-un baş direktoru Düsen Kaseinov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Kemal Fahir Genc, Keçiörən bələdiyyəsinin sədri Mustafa Ak, türkdilli ölkələrin nümayəndələri iştirak ediblər.
   TÜRKSOY-un Kamera Orkestrinin növbəti konserti Almaniyada olacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar