Avqustun 11-də BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisinin təşəbbüsü ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçiriləcək. SOS Gənclər evində təşkil olunacaq tədbirin tərəfdaşları qismində “İrəli” İctimai Birliyinin Xarici Dillər Mərkəzi, “Save the Children” təşkilatı, “SOS” Uşaq Kəndləri təşkilatı çıxış edirlər.
Tədbirdə iştirakçılara “İrəli” İctimai Birliyinin həyata keçirdiyi layihələr, proqramlar, maarifləndirici təlimlər və həmçinin də gənclərin inkişafı üçün yaradılmış imkanlar haqqında məlumat veriləcək.
Qeyd edək ki, hər il 12 avqust BMT tərəfindən Beynəlxalq Gənclər Günü kimi qeyd olunur.