“Görəndə ki, dostlarımız, qardaşlarımız da uğurlarımıza sevinir, əlbəttə, biz çox şad oluruq”
   
   Prezident İlham Əliyev avqustun 10-da müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.
   
   Prezident görüş iştirakçılarını salamlayaraq hər il Ramazan ayında xarici ölkə diplomatlarıyla keçirilən belə görüşlərin ənənəvi hal aldığını vurğulayıb: “Təmsil etdiyiniz ölkələrlə bizim ölkə çox sıx əməkdaşlıq edir. Mən çox şadam ki, bu əməkdaşlıq və dostluq əlaqələri gündən-gücə güclənir. Biz çox istəyirik ki, bütün müsəlman ölkələri ilə əlaqələrimiz həm siyasi, həm iqtisadi sahədə və bütün başqa sahələrdə daha da geniş, daha da dərin olsun. Eyni zamanda, beynəlxalq təşkilatlarda əməkdaşlığımız çox uğurla davam edir. Əminəm ki, xüsusilə indiki şəraitdə İslam həmrəyliyinin gücləndirilməsi çox lazımdır. Bizim aramızda birlik daha da sıx olmalıdır”.
   Prezident İslam Əməkdaşlığı Təşkilatının xətti ilə ölkəmizdə yüksək səviyyəli tədbirlər keçirildiyini, Azərbaycanın İSESCO ilə çox sıx əlaqələrinin olduğunu qeyd edib: “Ölkəmiz İslam mədəniyyətinin dünyada təbliği üçün çox böyük səylər göstərir. Biz fəxr edirik ki, 2009-cu ildə Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. 2018-ci ildə ölkəmizin digər qədim şəhəri olan Naxçıvan da bu şərəfli ada layiq görüləcəkdir”.
   Özbəkistanın Azərbaycandakı səfiri İsmatilla Yerqaşev müsəlman ölkələrinin diplomatları adından müqəddəs Ramazan ayı münasibətilə Prezident İlham Əliyevi və xalqımızı təbrik edərək deyib: “Bu gün Azərbaycan nəinki regional, həmçinin beynəlxalq proseslərə birbaşa təsir göstərən güclü amillərdən biridir. Biz rəğbət hissi ilə islahatların dinamik gedişini və bunun da Azərbaycanın iqtisadi və sosial həyatında faydasını müşahidə edirik. Azərbaycanın bundan heç də az əhəmiyyətli olmayan humanitar sahədəki nailiyyətləri də göz qabağındadır. Azərbaycanın “Eurovision-2011” musiqi yarışmasındakı qələbəsi bütün müsəlman ölkələri üçün də sevindirici bir haldır. Ən nəhayət, biz Azərbaycanın zəngin müsəlman irsinin dirçəlməsinə və inkişafına yönəlmiş səylərini alqışlayırıq. Bunun parlaq nümunəsi kimi Azərbaycanda hər il beynəlxalq muğam festivalının keçirilməsini göstərmək olar”.
   Prezident İlham Əliyev ölkəmiz haqqında xoş sözlərə görə minnətdarlığını bildirib: “Çox sağ olun. Doğrudan da, ölkəmizdə bütün sahələrdə - siz də qeyd etdiniz - həm iqtisadi, həm humanitar, həm mədəniyyət sahələrində inkişaf edir. Biz çalışırıq ki, ölkəmiz hərtərəfli inkişaf etsin. Şəhərlərin siması dəyişilir, hər yerdə quruculuq, abadlıq işləri aparılır. Görəndə ki, dostlarımız, qardaşlarımız da uğurlarımıza sevinir, əlbəttə, biz çox şad oluruq. Sizin ölkələrinizin nümayəndələri Azərbaycanda gedən müsbət proseslərə, doğrudan da, həmişə səmimi qaydada dəstək olmuşlar. Bu dəstəyi biz hiss edirik, hiss etmişik”.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar