Avqustun 20-də görkəmli bəstəkar, dirijor, SSRİ və Azərbaycanın Xalq artisti, SSRİ Dövlət mükafatları və Azərbaycan Dövlət mükafatı laureatı, Cəvahirləl Nehru adına beynəlxalq mükafat laureatı, Sosialist Əməyi qəhrəmanı Niyazinin (1912-1984) anadan olmasının 99-cu ildönümü tamam olur. Bu münasibətlə avqustun 19-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə maestroya həsr olunmuş xatirə tədbiri keçiriləcək.
   Bəstəkarın mənzil muzeyində baş tutacaq gecədə Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək. Tədbirdə həmçinin Niyazinin həyat və yaradıcılığını əks etdirən sərgi açılaçaq, ona həsr edilmiş film nümayiş etdiriləcək, slayd-şou təqdim olunacaq.