Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində “Altay - türk dünyasının qızıl beşiyi” adlı I Beynəlxalq forum keçirilib. Forumda Azərbaycan, Monqolustan, Qazaxıstan, Türkiyə, Rusiya, ABŞ, Polşa, Qırğızıstan, Yaponiya və Koreya Respublikasından tədqiqatçılar iştirak ediblər. Forumda iştirak edən Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, filologiya elmləri namizədi Etibar İnanc uzun illər apardığı tədqiqatların nəticələrini konfrans iştirakçıları ilə bölüşüb. O, Altay dillərinin və dini bütlərin ümumi fonetik kökünü maraqlı nümunələrlə əsaslandırıb.
   Ümumilikdə forumda dünya mədəniyyət məkanı çərçivəsində Altayın tarixi-arxeoloji, mədəni-sivilizasiya, ekoloji problemlərini əhatə edən 56 məruzə dinlənilib.