Mədəniyyət mərkəzində “dəyirmi masa”
   
   Sentyabrın 21-də Xəzər rayonundakı Nizami adına mədəniyyət mərkəzində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Müstəqilliyimiz dönməzdir, əbədidir” mövzusunda “dəyirmi masa” keçirilib.
   Tədbirdə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanın siyasi nüfuzunun artdığını, müstəqilliyimizin gündən-günə gücləndiyini bildiriblər.
   Natiqlər ulu öndərin layiqli davamçısı prezident İlham Əliyevin Azərbaycanın siyasi imicinin yüksəlməsi, iqtisadiyyatın möhkəmlənməsi, ordu quruculuğunda, elm və təhsildə, mədəniyyətdə, idmanda nailiyyətlərin qazanılması üçün göstərdiyi böyük səylərdən söhbət açıblar.