Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ABŞ-ın Miçiqan Universiteti kitabxanasından XVI-XVII əsr Osmanlı şairlərinin seçmə şeirlər toplusundan ibarət əlyazma cüngün - antologiyanın surətini əldə edib. Əlyazma Azərbaycanda köçürülüb.
   İnstitutdan bildiriblər ki, 250 səhifədən ibarət, gözəl nəstəliq xətti ilə köçürülmüş bu cüngdə Osmanlı şairləri - Baqi, Sirri, Ülvi, Ümidi, Növi, Xəyali, Şəmi və başqalarının şeirləri toplanıb. Əlyazma orta əsrlərdə Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin öyrənilməsi baxımından böyük maraq doğurur.